Rays kapitan sarğısından imtinasının səbəbini açıqladı

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays Harri Keyni əvəzlədikdən sonra Millətlər Liqasında İrlandiya yığması ilə matçda komandanın kapitanı olmaqdan imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda belə deyib:

“Keyn mənə sarğını verməyə çalışdı, lakin Con Stounz daha yaşlı və təcrübəlidir. Keynə sadəcə, dedim: “Yəqin ki, Stounz kapitan sarğısına məndən daha çox layiqdir. Bunu ona ver”. Bundan əlavə bir şey yaratmağa ehtiyac yoxdur. Stounz ən təcrübəli oyunçulardan biridir. O, adətən Keyn oynamayanda kapitan olur, ona görə də, bu, düzgün qərar idi”.

İngiltərə yığması səfərdə İrlandiya millisini 2:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button