Stolüstü tennisçilər Çimkənddən iki medalla qayıdır

Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Shimkent cup” turnirində uğurla çıxış ediblər.

Komanda.az xəbər verir ki, seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan yığmamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar.

Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Mərziyyə Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button