Stolüstü tennisçilərdən Batumidə daha dörd medal

Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində daha 4 medal qazanıblar.

Komanda.az xəbər verir ki, qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə – Mərziyyə Nurmətova və Ləman Abdulhəmidova – Tom Klosset (Belçika) cütlükləri yalnız finalda uduzaraq gümüş medala yiyələniblər.

Aylin Əsgərova – Hüseyn Eylazov və Zemfira Mikayılova – Məhəmməd Ataqul (Türkiyə) duetləri isə yarışı 3-cü pillədə başa vurublar.

Stolüstü tennisçilərimiz daha öncə 5 bürünc medal qazanıblar. Maraqlı məqamlardan biri də odur ki, təmsilçilərimiz yarış ərzində qarşılaşdıqları 8 erməni idmançısı üzərində inamlı qələbələrə seviniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button