
Stolüstü tennisçilər üçün Çexiya sınağı
Yeniyetmə stolüstü tennisçilər Şakir Qədirovla Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıb.
Komanda.az xəbər verir ki, idmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər.
Təlim-məşq toplanışının nəticələrinə əsasən fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar. Və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin