Stolüstü tennisçilər Qazaxıstanda təlim-məşq toplanışı keçəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda beynəlxalq təlim-məşq toplanışı keçəcəklər.

Komanda.az xəbər verir ki, yığma üzvləri bu məqsədlə Astana şəhərinə yola düşüblər.

Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 3-dən 11-dək Qazaxıstan millisi ilə birgə hazırlıq prosesində olacaq.

Toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button