Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Aprelin 13-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start veriləcək.

Tennis Federasiyasından Komanda.az-a verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunacaq ölkə birinciliyi şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək.
4 gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.

Fərqlənən idmançılara federasiyanın mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəni təmsil etmək imkanı qazanacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button