Stolüstü tennis: Azərbaycan çempionatının qalibləri məlum olub

Stolüstü tennis üzrə Azərbaycan çempionatının komanda yarışlarında qaliblər müəyyənləşib.

Bu barədə Komanda.az-a Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

“Şüa” İdman Kompleksində davam edən ölkə çempionatında kişilərin mübarizəsində “Bakı-1” komandası qalib olub. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” komandaları üçüncü yeri tutub.

Qadınların yarışında isə “Sumqayıt-1” komandası bütün rəqiblərini üstələyib. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü olub.

Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.

Yarışa mayın 17-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button