Stoilovdan Azərbaycan millisi ilə bağlı AÇIQLAMA

Adı Azərbaycan millisi ilə hallanan bolqarıstanlı mütəxəssis Stanimir Stoilov açıqlama verib.

Komanda.az vesti.kz” saytına istinadən xəbər verir ki, Qazaxıstan millisindən ayrılan Stoilov, Azərbaycan yığmasında işləməyin planlarına daxil olmadığını bildirib:

“Haqqımda yazılan xəbərlərin çoxunu oxumuşam. Qazaxıstanda işləyə biləcəyim çox az yer var. Burda məşqçi peşəkarlığını göstərib, öz töhfəni verə biləcəyin iki lider klub var. Qalanları isə ciddi deyil. İnsanlar başqalarının pulunu müzakirə etməyi sevir. Amma pul bu an mənim üçün əsas deyil. Azərbaycan millisində işləmək isə planlarımda yoxdur.  Lakin 5-10 il sonra nələrin baş verəcəyini deyə bilmərik”.

Stoilov “Levski”, “Liteks”, “Anartosis”, “Botev”, “Astana” kimi klublarda, həmçinin Bolqarıstan və Qazaxıstan millilərində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button