Stiven Qlass: “Şansların yenə bərabər olduğunu düşünürəm”
Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlassın Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk matçından sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Qlass, 0:1 hesabıyla məğlub olduqları matçı belə şərh edib:
- Oyundan əvvəl “Qarabağ”dan çəkinmədiyinizi dediz. İlk matçdan sonra nə düşünürsüz?
- Biz “Qarabağ”a hörmətlə yanaşırıq. Güclərini bilirik. Ancaq belə meydançada yaxşı oyun oynamaq çox çətindir. Növbəti matç fərqli meydançada olacaq və hər şey fərqli olacaq.
- Meydança amili sizə, yoxsa “Qarabağ”a daha çox mane oldu?
- Hər iki komandaya. “Qarabağ” daha yaxşı meydançada gözəl futbol oynayacaq. Meydança futbolçuların zədələnməsinə səbəb olurdu.
- Matçdan əvvəl klubunuzun rəsmisi cavab matçını həvəskar meydançada oynayacağınızı dedi. Bu haqda nə düşünürsüz?
- Bizim meydança həvəskar komandanın stadionu kimidir. Yaxşı meydançada hər iki komanda baxımlı futbol sərgiləyə bilər.
- Şansları necə dəyərləndirirsiz?
- Təbii ki, rəqibin gücünü bilirik. Cavab matçı var. “Qarabağ” uzun səfərə çıxacaq və öyrəşmədiyi meydançada oynayacaq. Şansları bərabər hesab edirəm.
- İkinci hissədə sarı vərəqə aldız. Qərarla razılaşırsız?
- Təbii ki, yox. Mən hakimin qərarına etiraz edirdim. Vərəqənin düzgün olmadığını fikirləşirəm.
- Oyununuza “Qarabağ” mane oldu, yoxsa ot örtüyü?
- Təbii ki, hər ikisi. “Qarabağ” belə havada oynamağa öyrəşib. Düşünürəm ki, ikinci hissədə yaxşı oynadıq. Hesabı bərabərləşdirmək istəyirdik.
- Artıq “Qarabağ”ı tanıdız. Cavab matçında necə oynayacağınızla bağlı fikriniz varmı?
- Bazar günü oyunumuz var. “Qarabağ”ı tək bu oyuna görə yox, əvvəlki oyunlarına görə təhlil etmişik. Bu oyun daha çox atletik oldu.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin