Stiven Kenni: “Azərbaycan millisi bəzi oyunlarda yaxşı çıxış edib”
Futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. “Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır.
Koronavirusdan sağalan Kallum Robinson İngiltərədə klubu ilə məşq edib. O, sabah Azərbaycanla qarşılaşmada meydana çıxa bilər”.
Qeyd edək ki, sentyabrın 4-də Dublindəki “Avivo” stadionunda keçiriləcək İrlandiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin