Qvardiola: “Sterlinqlə yaşadığımız dövrə çox bağlıyam”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Çelsi”nin hücumçusu Rahim Sterlinqin “şəhərlilər”ə mümkün qayıdışından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Sterlinqlə yaşadıqları dövrə çox bağlı olduğunu bildirib:
“O, “Çelsi”nin oyunçusudur. Sterlinqlə yaşadığımız dövrə çox bağlıyam. Ona görə də, ona yalnız ən yaxşısını arzulayıram. Amma hazırda o, “Çelsi”yə məxsusdur”.
Daha əvvəl “Çelsi”nin yeni baş məşqçisi Enzo Mareska ingilis futbolçuya ehtiyacı olmadığını bildirmişdi. Sterlinq 7 il (2015-2022) “Mançester Siti”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin