Lempard Sterlinqin milliyə çağırılmamasından danışdı
“Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın hücumçusu Rahim Sterlinqin iyunda baş tutacaq AÇ-2024-ün seçmə mərhələsinin iki matçı üçün İngiltərə millisinə çağırılmaması haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yığmanın çalışdırıcısı Qaret Sautqeytlə Sterlinq arasında baş tutan danışıqlardan söz açıb:
“Sterlinq və Sautqeyt arasında baş tutan danışıqlar haqda dəqiq məlumat sahibi deyiləm. Bildiyim tək şey var: Sterlinq uzun müddət İngiltərədə oynamış yüksək səviyyəli futbolçudur.
Futbolçu kimi təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, mövsümün sonunda baş tutan görüşlər il ərzində çox oynamış oyunçular üçün sınaq xarakteri daşıyır”.
İngiltərə millisi iyunun 16-da səfərdə Malta, 19-da isə evdə Makedoniya ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin