“Bu məsələdə Sterlinq mənim üçün yaxşı nümunədir” – “Real”ın futbolçusu
“Real”ın hücumçusu Vinisius Junior oyunu ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, “kral klubu”ndakı çıxışı ilə bağlı danışıb:
“Gənclər komandasında oynayanda daha çox qol vururdum. Əsas komandada isə bu, nisbətən çətindir. Cəmi 19 yaşım var, hələ inkişaf edirəm. Komandadakı digər futbolçular mənə kömək edirlər. Bu məsələdə “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq mənim üçün yaxşı nümunədir. O da əvvəllər mənim kimi çıxış edirdi, amma sonradan daha çox qol vurmağa başladı. Zaman keçdikcə, daha da yaxşılaşıram. Mövqe dəyişikliyi də mənim üçün çətindir”.
Futbolçunun “Real”la müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin