
Sterlinq “Çelsi”yə keçir?
“Mançester Siti”nin hücumçusu Rahim Sterlinq “Çelsi”yə keçəcək.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilə daha bir il uzadılmaq şərti ilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. “Çelsi” Sterlinqi 45+10 milyon funt-sterlinq qarşılığında transfer edəcək.
Sterlinq ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 47 oyunda 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin