“Sterlinqin sağalması bizim istədiyimizdən bir qədər uzun çəkə bilər”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta dizindən zədə aldığı üçün xəstəxanaya yerləşdirilən “topçular”ın hücumameyilli yarımmüdafiəçisi Rahim Sterlinqlə bağlı fikirlərini bölüşüb.

Komanda.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Sterlinqlə bağlı xəbərlərin yaxşı olduğunu bildirib:

“Sterlinqlə bağlı xəbərlər yaxşıdır. Onun necə sağalacağını bu həftə görəcəyik. Sağalması bizim istədiyimizdən bir qədər uzun çəkə bilər. Ümid edirik ki, sonda hər şey yaxşı olacaq. O, bizə lazımlı futbolçudur”.

Sterlinq İngiltərə Premyer Liqasının cari mövsümündə 10 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button