“Rəqib cavab oyununda nəyisə riskə atmalı olacaq” – Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Slaviya” üzərində qazanılan qələbəni (4:2) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi ikinci hissədə futbolçularından daha çox şey gözlədiyini bildirib:
“1/8 finalı bizə lazım olan istiqamətə yönəltdik. Rəqib cavab oyununda nəyisə riskə atmalı olacaq. Ancaq növbəti mərhələyə çıxmaq üçün hələ də mübarizə aparmalıyıq. Daha çox şey edə bilərdik, ikinci hissədə futbolçulardan daha çox şey gözləyirdim. “Slaviya” yaxşı komandadır və cavab oyununda hücuma keçəcək”.
Cavab oyunu martın 14-də Praqada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin