Stamenkoviç və Eyubovdan azyaşlı futbolçulara dəstək

Bu gün AFFA-nın təşkilatçlığı ilə keçirilən liqalarda növbəti oyunlarına çıxan “Sabah”ın U-11 və U-12 komandalarının üzvləri xoş sürprizlə qarşılaşıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, qapıçı Saşa Stamenkoviç və yarımmüdafiəçi Rəşad Eyubov oyunların keçirildiyi məkana gələrək, azyaşlı futbolçulara dəstək olublar. Saşayla Rəşad matçdan öncə U-11 və U-12 komandasının üzvləri ilə görüşərək, onlara öz məsləhətlərini verməklə yanaşı, gələcək oyunlarda uğurlar arzulayıb.

“Sabah”ın U-11 komandası liqanın 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunundan 3:1 hesablı qələbə ilə ayrılaraq, yarımfinala vəsiqə qazanıb (ilk oyun – 1:1).

“Sabah”ın U-12 komandası isə liqanın 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunundan məğlub ayrılıb (0:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button