Stamenkoviç 40-a çatdı

“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycan Premyer Liqasındakı uğursuz seriyası qırılıb.

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, mövsümün ilk yarısının son 6 oyununda qapısında qol görən serbiyalı legioner, 15-ci turun “Zirə”ylə görüşündə (2:0) “çərçivə”ni toxunulmaz saxlayıb. Bu, debütantın qapıçısının mövsümdə 6-cı “quru” oyunu olub. Serbiyalı qolkiper bu göstəricidə yalnız Səlahət Ağayevdən (8) geri qalır.

Səfər görüşü Stamenkoviç üçün həm də yubileylə əlamətdar olub. O, Azərbaycan çempionatlarında 40-cı dəfə qapısını toxunulmaz saxlayıb. 2011-15-ci illərdə şərəfini qoruduğu “Neftçi”də keçirdiyi 98 matçdan 34-də qol buraxmayan balkanlı əlcək sahibi “Sabah”dakı 15-ci sınaqda 6-cı “quru” oyununa çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button