Stadnik karyerasını başa vurduğunu açıqladı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, titullu idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm”.

İkiqat dünya və onqat Avropa çempionu olan Mariya Paris-2024-ü mükafatsız başa vursa da, əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button