Stadnik də Azərbaycana təşəkkür etdi

Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik “İnstagram” hesabında yeni paylaşım edib.

Komanda.az xəbər verir ki, 34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.

Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsinə də yer verib.

Daha əvvəl o, öz profilindən Azərbaycan bayrağını götürmüşdü.

2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button