
“Stadionlarda kondisioner quraşdırmaq üçün yeni texnologiyalar var” – Federasiya rəhbəri
Səudiyyə Ərəbistanı rəsmiləri ilin istənilən vaxtında 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə hazır olduqlarını bəyan ediblər.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yaser Əl-Mişehal Səudiyyə Ərəbistanının bir çox şəhərlərində xoş atmosfer olduğunu bildirib:
“Stadionlarda kondisioner quraşdırmaq üçün yeni texnologiyalar var. Krallığın bir çox şəhərlərində yayda çox xoş atmosfer olur”.
Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək turnirə ev sahibliyi etməyə yeganə namizəddir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin