29-cu çempionluq
Futbol üzrə Serbiya Super Liqasında 2018/19 mövsümünün qalibi məlum olub.
Komanda.az xəbər verir ki, 35-ci turda “Mladost”u minimal hesabla məğlub edən “Srvena Zvezda”, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. 54 xalla lider olan “qırmızı-ağlar”, ən yaxın izləyicisi “Radniçi”ni 8 xal qabaqlayır.
“Srvena Zvezda”, klub tarixində 29-cu çempionluğunu qeyd edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin