“Arsenal”ı almaq istəyir – isveçli biznesmen

“Spotify” şirkətinin sahibi Daniel Ek “Arsenal” klubunu satışa çıxarılacağı halda, almaq istədiyini bildirib.

Komanda.az xəbər verir ki, bu barədə isveçli biznesmen özünün “tvitter” hesabında məlumat yayıb. O, uşaqlıqdan “Arsenal” azarkeşi olduğunu və klubu almaq istədiyini bildirib:

“Uşaqlıqdan “Arsenal”ı dəstəkləyirəm. Sten Kronke klubu satmağı düşünsə, mən də kluba “elçi düşəcəm”.

İngiltərənin “Arsenal” klubunun Avropa Super Liqasına qoşulması azarkeşlərin ciddi narazılığına səbəb olmuşdu. Komandanın uğursuz çıxışından da narazı olan fanatlar, “topçular”ın sahibi Kronkedən klubu satmasını tələb edirlər.

“Arsenal” Premyer Liqada 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button