“Sportinq”in futbolçusu Türkiyə klubunda
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi İdrissa Dumbiyanı heyətinə qatıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı məluat yayb.
24 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi Lissabon təmsilçisindən icarəyə götürülüb.
Fil Dişi Sahili yığmasının da üzvü olan İdrissa Dumbiya 2019-cu ilin yanvarından “Sportinq”də çıxış edir. Həmin vaxt Portuqaliya klubu onu Rusiyanın “Axmat” komandasından 3.8 milyon avroya transfer etmişdi. O, Lissabon təmsilçisində keçirdiyi 2 mövsüm ərzində 47 oyuna çıxıb, 1 qol vurub. Peşəkar karyerasına “Anderlext”də başlamış Dumbiya, “Zulte Varegem” və “Hueska”da da oynayıb.
Bizi Facebook-da izləyin