“Sportinq”in futbolçusu rəsmən “Beşiktaş”da
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Lissabon “Sportinq”inin malili hücumçusu Abdulay Diabini sıralarına cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı forvard 1 illik icarəyə götürülüb.
Diabi Portuqaliya klubunda ötən mövsüm 40 oyuna çıxıb, 7 qol vurub.
Futbola Fransanın “Sedan” klubunda başlayan malili futbolçu, 2013-cü ildə “Lille”ə keçib. İki mövsüm “Belçika”nın “Muskron” komandasında icarədə oynayan Diabi, 2015-ci ildə “Lill”dən ayrılaraq Belçikanın “Brügge” klubuna transfer olub. 3 mövsüm bu komandada çıxış edən forvard, 2018-ci ildən “Sportinq”də forma geyinirdi.
Mali yığmasında 17 oyun keçirən futbolçu 5 qol vurub. Diabi “Sportinq”in heyətində ötən mövsüm Avropa Liqasında “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib. Hücumçu “Sportinq”in Bakıdakı 6:1 hesablı qələbəsində 2 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin