“Sportinq”də yeni müqavilə – “Real”ın istədiyi futbolçu ilə
Portuqaliyanın “Sportinq” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb.
Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Sportinq” Bruno Fernandeslə müqavilənin müddətini uzadıb. 2023-cü ilədək nəzərdə tutulan yeni müqaviləyə görə, 24 yaşlı futbolçunun təzminat məbləği 100 milyon avrodur.
Fernandes uzun müddətdir “Real”ın transfer hədəfindədir.
Cari mövsümdə çempionatda 10 oyunda iştirak edən Fernandes, 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin