“Sportinq”də yeni baş məşqçi

Portuqaliyanın “Sportinq” klubuna yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, Lissabon təmsilçisi son uğursuzluqlara görə baş məşqçisi Silası istefaya göndərib və onun əvəzində bu posta Ruben Amorim gətirilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı mütəxəssis “Sportinq”dən aldığı təklifə görə çalışdırdığı “Braqa”dan ayrılmağa qərar verib. “Braqa” da öz növbəsində Amorimi Kustodio Kastra ilə əvəzləyib.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsində Türkiyənin “Başakşəhər” klubuna doğma meydanda 3:1 qalib gəlməsinə baxmayaraq, səfərdə 1:4 hesabıyla uduzan “Sportinq” mübarizəni dayandırıb. Sözügedən komanda Portuqaliya çempionatında da hazırda 23 turdan sonra 39 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button