“Çelsi” Portuqaliya klubundan 2 futbolçu transfer edir

“Sportinq”in cinah müdafiəçisi Covanni Kenda və yarımmüdafiəçisi Dario Essouqu “Çelsi”yə keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki sövdələşmə artıq razılaşdırılıb və hər iki klub tərəfindən təsdiqlənib. Kenda gələn ilin ortalarında, Essouqu isə qarşıdan gələn mövsümlərarası fasilədə “Çelsi”yə qoşulacaq.

Kenda bu mövsüm 44 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Essouqu icarə əsasında çıxış etdiyi “Las Palmas”da 17 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button