“Sportinq” İngiltərə klublarının istədiyi futbolçuya 100 milyon avro qiymət qoyub
“Sportinq”in 25 yaşlı hücumçusu Viktor Qyokereşlə maraqlanan “Arsenal” və “Çelsi” onun üçün nə az, nə çox, 100 milyon avro ödəməli olacaq.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, bu, Portuqaliya klubunun Qyokereşə dəyər verdiyi məbləğdir.
Qyokereş bu mövsüm bütün turnirlərdə 40 matçda iştirak edib, 36 qol vurub, 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qyokereş ötən yay İngiltərənin “Koventri” klubundan “Sportinq”ə keçib. Onun transfer məbləği 21 milyon avro olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin