
“Sportinq”in müdafiəçisi 3 klubun hədəfindədir
“Sportinq”in (Lissabon) müdafiəçisi Osman Diomande Avropanın bir sıra klublarının transfer hədəfindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”, “Bayern” və “Çelsi” 20 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün artıq çalışmağa başlayıb.
Müdafiəçinin Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin