“Speranta” – “Neftçi” matçının stadionu dəyişdirildi
“Neftçi”nin Moldovada “Speranta” komandası ilə keçirəcəyi Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.
Komanda.az xəbər verir ki, iyulun 11-də keçiriləcək qarşılaşma paytaxt Kişinyovdakı “Zimbru” stadionunda təşkil olunacaq. Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin “Petrokub”un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra “Speranta” paytaxt stadionunda oynamağa qərar verib (Report).
“Neftçi” ilə “Speranta” arasındakı cavab oyunu iyulun 18-də, 8-ci km stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin