“Spartak”ın baş məşqçisindən Ayaz Quliyev açıqlaması
Rusiyanın “Spartak” (Moskva) klubunun baş məşqçisi Domeniko Tedesko əvəzedici heyətə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyev haqda danışıb.
Komanda.az xəbər verir ki, alman mütəxəssis 23 yaşlı yarımmüdafiəçinin bu mövsümün sonuna kimi əsas komandaya qayıtmasının gündəmdə olmadığını deyib:
“Ayazla problemimiz oldu. O, hazırda əsas komandada deyil. Amma klub daxilində baş verənlər komandada qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. Hazırda onun qayıtmasını planlaşdırmırıq. Ancaq hər şey mümkündür, qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil, amma təkrar edirəm, hazırda onu geri qaytarmaq planımız yoxdur”.
Qeyd edək ki, Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib. O, məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün belə ağır cəzaya məruz qalıb.
Bizi Facebook-da izləyin