“Rusiya klubundan heç bir təklif almamışıq” – “Fənərbaxça” rəsmisi

“Fənərbaxça”nın idarə heyətinin üzvü Səlahəddin Baki “Spartak”ın müdafiəçi Luan Pereslə maraqlanmasına münasibət bildirib.

Komanda.az “Sporx”-ə istinadən xəbər verir ki, klub rəsmisi bu məlumatın doğru olmadığını bildirib:

“Bu məlumat doğru deyil. İndiyədək Rusiya klubundan Peres üçün heç bir təklif almamışıq”.

29 yaşlı Peres “Fənərbaxça”da bütün yarışlarda 23 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button