“Spartak” rəsmisindən Ayaz Quliyevlə bağlı açıqlama

Rusiyanın “Spartak” klubunun direktoru Tomas Çorn əvəzedici komandaya göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyevlə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, klub rəsmisi, Quliyevin əsas heyətə qayıtmaq ehtimalı ilə bağlı danışıb:

“Biz “Spartak” olaraq böyük bir ailəyik. Ayaz müvəqqəti olaraq “Spartak-2”-yə göndərilib. Bu, onun əsas komandaya qayıtmayacağı mənasına gəlmir. Həmçinin, bu, onun komandada kiminləsə mübahisə etdiyini də bildirmir. Vəziyyəti Quliyevlə müzakirə edəcəyik”.

Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib. O, məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün belə cəzaya məruz qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button