
“Spartak” Quliyevlə bağlı qərar verməyə tələsmir
Moskva “Spartak”ının iki futbolçusunun taleyinə aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya klubunun baş direktoru Tomas Çorn məlumat verib.
O bildirib ki, yarımmüdafiəçilər Cano Ananidze və Ayaz Quliyevlə bağlı yeniliklər var. Ananizdze rəhbərlikdən başqa kluba keçmək üçün icazə istəyib. O ki qaldı Quliyevə, ruslar azərbaycanlı futbolçunun məsələsində tələsmirlər: “Quliyevin qalıb-qalmayacağı barədə danışmaq üçün hələ tezdi”.
Qeyd edək ki, Ayaz Quliyev “Spartak”a bu il “Rostov”dan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin