Rusiya klubu “Qalatasaray”a 20 milyon avro təklif edib – 2 futbolçu üçün
Moskva “Spartak”ı “Qalatasaray”dan iki futbolçu almağı hədəfləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya klubu müdafiəçi Derrik Köhn və cinah oyunçusu Kərəm Aktürkoğlu üçün “Qalatasaray”a 20 milyon avro təklif edib. Türkiyə klubu “Spartak”ın təklifini qəbul edib. Lakin daha sonra Aktürkoğlunun atası transferdən imtina edib və bu, problem yaradıb.
“Spartak” avqustun 11-də Rusiya Premyer Liqasının 4-cü turu çərçivəsində “Axmat”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin