“Spartak” Quliyevin yoxluğunda məğlubiyyətlə üzləşdi
Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Ural”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sarı vərəqə limitini doldurduğu üçün bu görüşün iştirak ərizəsində də yer almayıb.
“Spartak” 9 turdan sonra 14 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin