Ruslar türk futbolçuya 4,5 milyon avro ödəmək istəmirlər
Moskva “Spartak”ı “Qalatasaray”ın cinah oyunçusu Kərəm Aktürkoğluna illik 4,5 milyon avro ödəmək fikrində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya klubunun “Qalatasaray”ın oyunçusuna təklif edə biləcəyi maksimum məbləğ ildə 2,5-3 milyon avrodur.
Daha əvvəl “Spartak”ın “Qalatasaray”ın iki futbolçusu ilə danışıqları davam etdirdiyi bildirilib. Moskva klubu 2024-cü ilin qışından İstanbul təmsilçisində çıxış edən müdafiəçi Derrik Köhnlə də maraqlanır. Futbolçu ilə danışıqlar davam edir və artıq klublar özləri transfer məbləğini razılaşdırıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin