Spalletti “PlayStation” qadağasının səbəbini açıqlayıb
İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti futbolçuların milli komandanın düşərgəsində “PlayStation” oynamasına qoyulan qadağanı izah edib.
Komanda.az “Pazzi Di Fanta”-ya istinadən xəbər verir ki, o, bu oyunun futbolçuların çıxışına təsir etdiyini söyləyib:
“Bəzi oyunçuların gecələr yatmayıb, daha sonra İtaliya millisinin forması ilə daha pis oynamasından məmnun deyiləm”.
Spaletti ötən yaydan İtaliya millisinə rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin