Spalletti Norveç millisinə məğlubiyyətin səbəbini izah etdi

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasına qarşı keçirilən oyunda məğlubiyyətin (0:3) səbəblərini izah edib.

Komanda.az “RAI Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis futbolçuların çıxışında xeyli çatışmazlıqların olduğunu bildirib:

“Xüsusilə, oyunun gedişini dəyişə bilən, rəqiblə birə-bir vəziyyətlər yarada biləcək futbolçuların çatışmazlığı hiss olunurdu. Bu amil nəticəyə təsir etdi. Futbolçuların çıxışında xeyli çatışmazlıqlar var və onların üzərində ciddi işləmək lazımdır”.

Norveç yığması üç oyundan sonra 9 xalla I qrupunun lideridir. Bu, İtaliya millisinin ilk oyunu olub və hazırda onlar turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button