
Spalletti tələsmir
Luçano Spalletti İtaliya millisindən qovulduqdan sonra məşqçiliyə qayıtmağa tələsmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-İttihad” və Qətərin “Əl-Sədd” klublarından təklif alsa da, hələ ki, cavab verməyib. Ona yaxşı maaş vəd edilib, lakin o, Avropada qalmağa üstünlük verir və çox güman ki, bu təkliflərdən imtina edəcək.
Luçano Spalletti bu ilin iyununda İtaliya millisinin baş məşqçi postunu tərk edib. “Fənərbaxça” daha əvvəl postundan uzaqlaşdırılan Joze Mourinyonun yerinə əvəzləyici axtararaq, onu razı salmağa çalışmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



