Spallettidən “plesteyşen” qadağası
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti futbolçularına özləri ilə oyun konsolu gətirməyi qadağan edib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, komandanın düzgün yolda qalmalı və fikrini cəmləməli olduğunu söyləyib:
“İndi bəzi şeyləri aydınlaşdırmalıyıq. Bundan sonra onlar “plesteyşen”i evdə qoyacaqlar və daha özləri ilə gətirməyəcəklər.
Gecələr diqqətlərini yayındırmaq üçün onlara kiçik bir oyun hazırlayacam. Yanıma gələcəklər, günün işi çatmasa, axşamlar onlara tapşırıq verəcəm. Çünki millidə düzgün yolda qalmaq, fikrini cəmləmək, axmaqlıq etməmək lazımdır. İtalyanlar məsuliyyətli, sərt və cəsarətli komanda tələb edirlər. İnsanlar milli komandaya Avropa çempionatını qazanmaq üçün gəlirlər”.
İtaliya millisi AÇ-2024-ün qrup mərhələsində İspaniya, Xorvatiya və Albaniya yığmaları ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin