Spalletti Donnarummanın Fransa ilə matçda oynamamasının səbəbini açıqladı

İtaliya milli komandasının baş məşqçisi Luçano Spaletti Fransaya qarşı keçirdikləri UEFA Millətlər Liqasındakı matçda (1:3) qapıçı Canluici Donnarummanın start heyətində olmamasının səbəbini açıqlayıb.

İtaliya millisinin qapısında bütün oyun ərzində Qulielmo Vikariyo yer alıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, Spaletti, Donnarummanın özünü yaxşı hiss etmədiyini bildirib:

“Onun vəziyyəti yaxşı deyildi. Qarın ağrıları var idi. Ona kömək etməyə çalışdıq, amma özünü zəif hiss edirdi”.

Millətlər Liqasında qrup mərhələsinin 6-cı turundan sonra İtaliya millisi 13 xal toplayıb və ikinci yerdə qərarlaşıb. Fransa yığması da 13 xal toplayıb və birinci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button