Spalettinin İtaliya millisindəki gələcəyinə qərar verilib

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina millinin baş məşqçisi Luçano Spalettinin komandada işləməyə davam edəcəyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, federasiya prezidenti Spalettiyə tam güvəndiklərini deyib:

“Biz Spallettiyə tam güvənirik, onunla birlikdə irəliləyəcəyik. Bizim heyətimizdə əvvəllər heç vaxt millidə çıxış etməyən uşaqlar olduğu üçün Avropa çempionatını qazanmağa ümid etməyə haqqımız yox idi. Biz 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının qalibi olduq, lakin bu uşaqlardan heç biri indiyədək ölkənin əsas komandasında çıxış etməyib”.

Spaletti 2023-cü ilin avqustundan İtaliya millisinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında AÇ-2024-ə vəsiqə qazanıb. İtalyanlar AÇ-2024-ün 1/8 finalında İsveçrə millisinə uduzaraq (0:2), turniri tərk ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button