Spaletti “Roma”nın Ranyerini seçməsinə münasibət bildirib

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Klaudio Ranyerinin “Roma”ya qayıtması xəbərini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Ranyerinin hər şeyi çox gözəl bildiyini söyləyib:

“Ranyeri bu yerlərdən gəlir, o, hər şeyi çox gözəl bilir. Bu, düzgün seçimdir. Onun “Roma”da uğur qazanması, hər şeyi dəyişməsi və sağlam atmosferi bərpa etməsi üçün lazım olan hər şeyə sahib olduğuna inanıram”.

Spaletti 2005-2009 və 2016-2017-ci illərdə “Roma”da çalışıb.

73 yaşlı Ranyeri məşqçilik karyerasını davam etdirməyə və üçüncü dəfə “canavarlar”ı çalışdırmağa razılıq verib. O, artıq İtaliyanın paytaxtına gəlib və yaxın vaxtlarda təyinatı rəsmən elan olunacaq.

Ranyeri romalıların “sükanı arxasında” qovulan İvan Yuriçi əvəz edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button