Spaletti “İnter”ə qol vuran futbolçunu milliyə dəvət edə bilər

“Milan”ın müdafiəçisi Matteo Qabbia tezliklə İtaliya millisində debüt edə bilər. İtaliyalı futbolçu dünən keçirilən Milan derbisinin qəhrəmanına çevrilib: məhz o, 89-cu dəqiqədə topu “İnter”in qapısına göndərərək, milanlıların arzuladığı qələbəni (2:1) qazandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iki Milan nəhənginin görüşünü İtaliya millisinin baş məşqçisi Luçano Spaletti də izləyib. O, ilk dəfə milli komandanın sıralarına dəvət etməyi düşündüyü Qabbianı ayrıca müşahidə edib.

24 yaşlı futbolçu “Milan”ın heyətində 79 oyunda 5 qol vurub. O, 2019-2021-ci illər arasında İtaliyanın gənclər yığmasında 7 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button