Spaletti də göz yaşlarını saxlaya bilmədi

”Napoli”nin çalışdırıcısı Luçano Spaletti 2022/23 mövsümündə qazandıqları çempionluqdan söz açıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya A Seriyasının 33-cü turunun “Udineze” ilə matçından sonra (1:1) danışarkən göz yaşlarını saxlaya bilməyib:

“Qazandığımız çempionluğu əməyi keçən futbolçularıma, “Napoli” azarkeşlərinə və nəhayət, klubda çalışan hər bir kəsə həsr edirəm.

Eyni zamanda, bu uğuru mənə kömək olan ailəmə, qızım Matildaya, dostlarıma və qardaşım Marçelloya həsr edirəm”.

Xatırladaq ki, “Napoli”nin baş məşqçisinin qardaşı 2019-cu ildə vəfat edib.

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya da emosiyalarına hakim ola bilməyərək, paltardəyişmə otağında göz yaşlarına boğulmuşdu.

Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button