Spaletti: “Barselona” heç-heçəyə layiq idi, amma penalti yox idi”

“Napoli”nin baş məşqçisi Luçano Spaletti Avropa Liqasının 1/8 final mərhələsində “Barselona” ilə ilk oyundan (1:1) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, Spalletti “Sky Sport İtalia”ya açıqlamasında, “Barselona”nın oyununun heç-heçəyə layiq olduğunu deyib:

“Düşünürəm ki, ilk hissədə “Barselona” ilə bərabər səviyyədə oynaya biləcəyimizi sübut etdik. Fasilədən sonra onlar üstünlüyə yiyələndilər. Biz ilk hissədəki oyunumuzu bütün matç ərzində təkrarlaya bilərik.

“Barselona” heç-heçəyə layiq idi, amma o epizodda penalti yox idi. Topun istiqaməti dəyişməmişdi.

Dediyim kimi, “Barselona” hesabı bərabərləşdirməyə layiq idi, lakin penalti yox idi”.

“Barselona” “Napoli” ilə matçda bərabərlik qolunu penaltidən vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button