
Avropa Liqasında yeni rekordçu
“Vulverhempton” Avropa Liqasında “Beşiktaş”ı 4:0 hesabıyla məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “canavarlar”ın futbolçusu Dieqo Jota Avroliqanın tarixinə düşüb. Belə ki, portuqaliyalı hücumçu 9 dəqiqə 38 saniyəyə het-trik edərək, AL-də ən qısa müddətdə 3 qol vuran futbolçu ünvanını qazanıb. Jota 57, 63 və 68-ci dəqiqələrdə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin