
“Söylədiklərinizin arxasında nələrsə gizlənir” – Samir Abasov
“Qalib gəlməyi çox istəyirdik. Milli pauza əhval-ruhiyyə baxımından bizə kömək edəcək. Narahatçılıq o idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. Oyunu həmin məcrada davam etdirib, qollar da vurmaq olardı. İlk hissədə yaxşı futbol göstərib, yaxşı hücumlar etdik. İkinci hissə oyunun tələbəi dəyişdi. Futbolçular bundan da üzüağ çıxdı. Mübarizəni sona kimi apardılar. Bu gün üç xal çox önəmlidir. Çempionatdan qopmamaq üçün, bunun da öhdəsindən gəldik”.
Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunun “Səbail”lə oyunundan (2:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, daha sonra bunları söyləyib:
“Komandanı beş xalla götürmüşdük, 9 oyuna qələbə qazanmamışdıq. Klub üçün avrokuboklara vəsiqə qazanmamaq uğursuzluqdur. Bu qədər məşqçi dəyişərlər, filan deyirsiz. Bəs o nədir, bu nədir? Komandanı hansı vəziyyətdə götürdüyümüzü bilirik. Pis yolda deyilik. Ən azından kubokda yarımfinaldayıq. Heç udmadığımız komandaları uduruq. İstefaya səbəbdirsə… Söylədiklərinizin arxasında nələrsə gizlənir. Beş oyun udursan, deyirlər məşqçi həmkarı ilə necə görüşdü? Biz öz işimizdəyik, rahatıq. Öz işimizi canla-başla görürük. İstefa? Niyə mövzü çıxarırsız? Çempionata 9-10 tur qalıb, nə olacağı bilinmir. Rəhbərliklə danışdıqlarımızdan xəbəriniz yoxdur. Mənim getməyimi istəyirsiz?”
Bizi Facebook-da izləyin



